İsrail yaxın günlərdə İrana zərbələri intensivləşdirmək niyyətindədir.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və Mossad rəhbəri David Barnea ilə görüşdən sonra bildirib.
“Biz zalım Xameneini və rejimin onlarla yüksək vəzifəli şəxsini məhv etdik. Qüvvələrimiz hazırda Tehranın mərkəzinə intensiv zərbələr endirir və bu, qarşıdakı günlərdə daha da şiddətlənəcək”, – o qeyd edib.
Baş nazir vurğulayıb ki, ABŞ və İsrailin birgə hərbi əməliyyatları İrana qarşı qəti addımlar atmağa imkan yaradır.
“Qüvvələrin birləşməsi bizə 40 ildir arzuladığım işi – terror rejiminə qətiyyətlə zərbə endirməyimizi təmin edir. Mən də bunu vəd etmişdim və biz də bunu edəcəyik”, – Netanyahu əlavə edib.






