25 C
Baku
Friday, June 14, 2024

Netanyahu İsraili süni intellekt sahəsində “supergüc”ə çevirmək istəyir

İsrail hökuməti süni intellekt texnologiyalarının inkişafına əlavə 500 milyon şekel (135 milyon ABŞ dolları – Qeyd) ayırıb və ölkənin yaxın gələcəkdə bu sahədə dünya lideri olacağını gözləyir.

Bunu İsrailin Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti süni intellekt texnologiyalarının inkişafı üzərində çox işləyir.

“İsrailin elm və texnologiya naziri Ofir Akunusin danışdığı bu infrastrukturla bağlı bilinməlidir ki, biz artıq büdcədə nəzərdə tutulandan əlavə 500 milyon şekel ayırmışıq. Amma biz daha da irəli getmək niyyətindəyik.

Bu infrastrukturu yeni səviyyələrə qaldıracağıq, çünki gələcəyin kimə məxsus olacağı indidən gedir. Biz istəyirik, İsrail dövlətini süni intellekt sahəsində super gücə çevirməliyik. Bu gələcəkdir və biz ora gedirik”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər