“Qəzza zolağında İsraillə Fələstinin HƏMAS radikal təşkilatı arasında hərbi qarşıdurma bütün dünya üçün dönüş nöqtəsinə çevrilir”.
Bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, liderlər və xalqlar üçün dönüş nöqtəsidir. Hamımız qərar verməliyik. Ya ümid və vədlərlə dolu gələcək üçün mübarizə aparmalıyıq, ya da zülm və terrora təslim olmalıyıq. Əmin olun ki, İsrail döyüşəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, İsrail sivilizasiyanın düşmənləri ilə mübarizə aparır: “Bu düşmənləri məğlub etmək mənəvi aydınlıqdan başlayır. Yaxşı ilə şərin, doğru ilə batil arasındakı fərqi dərk etməkdən başlayır”.