-3 C
Baku
Sunday, December 15, 2024

Netanyahu İsrailin Ukraynaya silah göndərməsinə qarşı çıxıb

İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu bildirib ki, Ukraynaya göndərilən istənilən İsrail silahı İranın əlinə keçə bilər. “Silah məsələsinə gəldikdə, eyni döyüş meydanına verdiyimiz silahların İranın əlinə keçməsi və bizə qarşı istifadə olunması ehtimalı həmişə var”, – deyə Netanyahu söyləyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

O həmçinin əlavə edib ki, Ukrayna böhranının ən böyük təhlükəsi onun nüvə silahının mümkün istifadəsi də daxil olmaqla, “qlobal münaqişəyə” çevrilə bilməsidir.

“Düşünürəm ki, bunun taktiki və ya strateji nüvə silahları olması hər hansı bir əhəmiyyət kəsb edir. Bu münaqişənin sona çatacağına əmin olmaq üçün möhkəmlik və ehtiyatlılıq tələb olunur”, – deyə Baş nazir əlavə edib.

Daha əvvəl İsrailin diaspor işləri üzrə naziri Nəhman Şai daha əvvəl İsrail hökumətinə Ukraynaya hərbi yardım göstərməyə başlamaq təklifi ilə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər