13 C
Baku
Friday, November 22, 2024

Netanyahu nazirlərlə İrana cavab zərbələrinin endirilməsini razılaşdırıb

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və digər nazirlər İrana cavab zərbəsinin vaxtı və üsulunu razılaşdırıblar.

Bu barədə “newsru.co.il” portalı “Kan” telekanalına istinadən məlumat yayıb.

Razılaşma oktyabrın 15-nə keçən gecə keçirilən müşavirədə əldə olunub.

Daha əvvəl “Washington Post” yazmışdı ki, B.Netanyahu ABŞ Prezidenti Cozef Baydeni İranın nüvə və ya neft obyektlərinə deyil, hərbçilərinə zərbə endirmək niyyəti barədə məlumatlandırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər