26 C
Baku
Tuesday, July 22, 2025

Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

İsrailin Иaş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb. O, bunu Ağ Evdə cənab Trampla görüşdə deyib.

Benyamin Netanyahu əlavə edib ki, o, ABŞ prezidentinin “dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” səylərini yüksək qiymətləndirir.

İyunun 13-də İsrail İranın nüvə obyektlərinə zərbələr endirərək “Aslan milləti” əməliyyatına başlayıb. İyunun 24-də 12 günlük qarşılıqlı raket atəşindən sonra İran və İsrail atəşkəs haqqında razılığa gəliblər. Hərbi əməliyyat zamanı İsrail İranın əsas nüvə və müdafiə obyektlərinə hücum edib. İyunun 22-də ABŞ İsrailə qoşularaq İsfahan, Natanz və Fordodakı nüvə obyektlərini vurub.

Son xəbərlər
Digər xəbərlər