29 C
Baku
Friday, June 14, 2024

Netanyahu Türkiyəyə səfər edəcək

Bu ilin oktyabr-noyabr aylarında İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri baş tuta bilər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri səfərin dəqiq tarixi ilə bağlı danışıqlar aparır.

“Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq edirik. Yeni əməkdaşlıq sahələrinin olması da faktdır. Xüsusilə, Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. İsrail öz resurslarını Avropaya nəql etməyə çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Biz bunu son görüşümüz zamanı müzakirə etdik və işləri başlatdıq. Digər tərəfdən, (Şərqi Aralıq dənizində – red. ) qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki işlərin aparılması üçün müvafiq qurumlara göstərişlər verdik. Ən qısa zamanda həm Türkiyədə, həm də İsraildə keçirəcəyimiz görüşlərdə marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər