Bizim hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların başlaması ilə bağlı xalqa müraciətində deyib.
O, İrana qarşı başladılan hərbi əməliyyatı “Şirin nərəsi” adlandırıb. Netanyahu hərbi əməliyyatların bir neçə gün davam edəcəyini bəyan edib.
Onun sözlərinə görə, “İsrail və ABŞ İrandakı terror rejiminin ekzistensial təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başlayıb”.
“47 ildir Ayətullah rejimi “İsrailə ölüm”, “Amerikaya ölüm” deyə qışqırır. Qanımızı tökdülər, bir çox amerikalıları öldürdülər və xalq arasında qırğınlar törətdilər.
Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməyə imkan verəcək nüvə silahı ilə silahlanmasına icazə verilməməlidir. Bizim (ABŞ-la) birgə hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq. İran xalqının bütün üzvlərini zülmdən qurtarmağın, İranı azadlığa və barışa qovuşdurmağın vaxtı gəlib çatdı. İsrail vətəndaşları, mən sizə müraciət edirəm! Arxa komandanlığın göstərişlərinə əməl edin, yaxın günlərdə “Şirin nərəsi”






