İsrailin Ali Məhkəməsi Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatları haqqında qanununu ləğv edib.
Ali Məhkəmə Netanyahu hökuməti tərəfindən parlamentdə qəbul edilmiş və məhkəmənin səlahiyyətlərini əhəmiyyətli dərəcədə azaltmağa yönəlmiş məhkəmə islahatları haqqında qanunu konstitusiyaya zidd hesab edib.
Qeyd edək ki, məhkəmə islahatı İsrail cəmiyyətində kəskin qarşıdurmaya səbəb olmuşdu.