8 C
Baku
Bazar, Yanvar 23, 2022

Netanyahuya yeni hökuməti formalaşdırması üçün verilən vaxt bitdi

İsrailin baş naziri, “Likud” Partiyasının sədri Binyamin Netanyahunun yeni hökuməti formalaşdırması üçün Prezident Reuven Rivlin tərəfindən verilən 28 günlük müddət 5 mayda bitib.

Bu barədə Prezident Reuven Rivlinin dəftərxanası məlumat yayıb.

Qeyd olunub ki, artıq Netanyahu dövlət başçısına hökumət qura bilməyəcəyi barədə məlumatlandırıb və mandatı prezidentə qaytarıb.

Bildirilib ki, prezident çərşənbə günü (5 may – Red) Knessetdə təmsil olunan partiyalarla hökumətin formalaşması prosesinin davam etməsi üçün əlaqə quracaq.

Xatırladaq ki, yeni hökumətin qurulmaması Netanyahunun vəzifəsindən kənarlaşdırılması anlamına gəlməməlidir. R. Rivlin ona koalisiya hökuməti qurması üçün əlavə iki həftə vaxt verə bilər. Rivlin eləcə də bu vəzifəni Netanyahunun rəqibinə həvalə edə və ya məsələni birbaşa Knessetə göndərə bilər.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər