26 C
Baku
Friday, July 5, 2024

“Netflix” ən ucuz tarif planlarını ləğv edir

Amerikanın “Netflix” şirkəti kontenti reklamsız izləməyə imkan verən abunəliyə dəyişiklik edib. Belə ki, striminq xidməti ən ucuz tarif planlarını ləğv etməyə başlayıb.

“Netflix” bütün istifadəçilərinə mövcud abunənin 13 iyulda başa çatacağını bildirən mesaj göndərib. Və onlara daha bahalı tarifə abunə olmağı təklif edib.

Qeyd edək ki, daha əvvəl ən ucuz reklamsız tarif ayda $9.99 (£6.99) təşkil edib, indi isə reklamlı abunə ayda $6.99 (£4.99), reklamsız abunə isə ayda $15.49 (£10.99) olub. “Premium” plan ayda $22.99-a (£17.99) başa gəlir və sizə 4K-da videolara baxmağa imkan verir.

2023-cü ilin iyul ayında “Netflix” ABŞ, Kanada və Böyük Britaniyada yeni və ya geri qayıdan istifadəçilər üçün “Basic” planını ləğv edib. Xidmətin ABŞ və digər ölkələrdə “Basic” planını nə vaxt tamamilə ləğv etməyi planlaşdırdığı məlum deyil.

Son xəbərlər
Digər xəbərlər