25 C
Baku
Saturday, July 27, 2024

“Netflix” 2022-ci ildə oyun xidmətini işə salacaq

“The Information”, “Reuters” və “Axios” nəşrləri “Netflix”in 2022-ci ildə oyun istiqamətini inkişaf etdirmək planları haqqında yazıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onların verdiyi məlumata görə, hazırda şirkət yeni departamentə rəhbərlik edəcək insan axtarır.

Bildirildiyi kimi, “Netflix”in oyun xidməti “Apple Arcade” xidmətini xatırladacaq. Lakin “Netflix” kontent sahəsində daha seçici olacaq. Şirkət bütün diqqətini yüklənmiş oyunlar üzərində cəmləşdirəcək. Bundan əlavə, oyunlarda reklam olmayacaq.

“The Next Web” “Netflix”in yüklənən oyunlara diqqəti yetirməsini təəccüblü hesab edir. çünki bu metod mövcud xidmətlərin əksəriyyətinə xasdır. Lakin “Google”un oyun yayım xidməti olan “Stadia” ilə mübarizəsini nəzərə alsaq, nəhəngin bu ehtiyatlı davranışını rasional hesab etmək olar.

Son xəbərlər
Digər xəbərlər