27 C
Baku
Saturday, July 27, 2024

“Netflix” 2022-ci ildə xidmətinə video oyunlar əlavə edəcək

“Netflix” 2022-ci ildə xidmətinə video oyunlar əlavə etməyi planlaşdırır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır. Qeyd edək ki, video oyunlar şöbəsinin rəhbəri vəzifəsinə Mayk Verdu təyin edilib.

Daha əvvəl Verdu “Facebook Reality Labs”ın vitse-prezidenti olub və virtual reallıq eynəklərinin tərtib edilməsinə cavab verib.

Mənbələrin verdiyi məlumata görə, dəyişiklər 2022-ci il ərzində baş verəcək. Xidmət bu kontentə görə əlavə ödəniş tələb etməyi planlaşdırmır. Yaxın aylarda “Netflix” oyun istiqaməti üçün yeni komanda yığacaq, buna görə vakansiyalar yerləşdirməyə başlayıb.

Şirkət “Qara güzgü” kimi interaktiv şoulara sahibdir, lakin oyun istiqamətinin genişləndirilməsi ona daha çox abunəçi cəlb etməyə və rəqiblərdə olmayan kontenti təklif etməyə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər