13 C
Baku
Saturday, November 23, 2024

“Netflix” 2023-cü ilin dördüncü rübündə xalis mənfəətini 17 dəfə artırıb

“Netflix” xidməti 2023-cü ilin dördüncü rübündə xalis mənfəətini bir il əvvəlki məlumatlarla müqayisədə 17 dəfə artırıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. Qeyd edək ki, 2023-cü ilin oktyabr-dekabr aylarında “Netflix”in xalis mənfəəti 937.8 milyon dollar təşkil edib. Müqayisə üçün: bir il əvvəl eyni dövrdə xidmət 55.3 milyon dollar qazanıb. Dördüncü rübdə “Netflix”in gəliri illik müqayisədə 12.5% artaraq 8.83 dollara çatıb.

Xidmət 2023-cü ilin son üç ayında 13.1 milyon yeni istifadəçi cəlb. “Bloomberg” yazır ki, bu, “Wall Street”in 8.91 milyon yeni müştəri proqnozunu həmiyyətli dərəcədə üstələyir. “Netflix” ABŞ və Kanadada 2.81 milyon, Avropa, Yaxın Şərq və Afrikada 5.05 milyon, Latın Amerikasında 2.35 milyon, Asiya-Sakit okean regionunda isə 2.91 milyon istifadəçi qazanıb.

“Netflix” daha çox müştəri cəlb etməyi, yeni məhsullar təqdim etməyi və texnologiyasını təkmilləşdirməyi planlaşdırır. Şirkətin baş icraçı direktoru Qreq Peters investorlarla konfransda deyib ki, xidmət xətti TV şəbəkələrindən milyardlarla dollar qazana bilər. Həmçinin, onun sözlərinə görə, “Netflix” reklam biznesini inkişaf etdirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər