-1 C
Baku
Sunday, December 15, 2024

Netflix ABŞ-da günəş tutulmasına görə izləyicilərinin 10%-ni itirib

Banker.az xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi Netflix 21 avqustda ABŞ-da günəş tutulması zamanı izləyicilərinin 10%-ni itirib.

Netflix şəbəkəsi öz Twitter hesabında yazıb: “Qəribədir ki, 10%-niz Netflix hər zaman sizə əlçatan olduğu bir vaxtda nəhəng daşın nəhəng qaz kürəsinin üzərini örtməsinə baxmağı seçib”.

Daha əvvəl verilən məlumatlarda qeyd edilir ki, amerikalı şirkətlər əməkdaşların günəş tutulmasını izləmək üçün işdən yayınması nəticəsində 694 milyon dollar itirib. Günəş tutulması isə 10 dəqiqə ərzində davam edib.

Sözügedən bu təbiət hadisəsini 21 avqust tarixində 14 Amerika ştatının sakinləri izləyə bilib. Bu region üçün 1979-cü ildən bu yana bir ilk idi.

Son xəbərlər
Digər xəbərlər