9 C
Baku
Monday, November 18, 2024

“Netflix” aylıq abunə haqqını qaldırıb

“Netflix” xidməti ABŞ istifadəçiləri üçün abunə haqqını qaldırıb. Qeyd edək ki, əvvəllər aylıq abunə haqqı 9-18 dollar olub, indi qiymətlər 10-20 dollar arasında dəyişir.

Banker.az xəbər verir ki, sonuncu dəfə “Netflix” ABŞ abunəçiləri üçün qiymətləri 2020-ci ilin oktyabrında qaldırıb. Xidmət 2014-cü ildə ABŞ-da qiymətləri artırmağa başlayıb: onda HD-abunə 8-9 dollar arasında dəyişib. Hazırda bu tarif ABŞ-da 16 dollara başa gəlir.

Azərbaycan üçün seçilmiş tarifdən asılı olaraq qiymətlər 7.99-11.99 avro təşkil edir və 2020-ci ildən bu yana dəyişməz qalır.

Son xəbərlər
Digər xəbərlər