16 C
Baku
Monday, May 20, 2024

Netflix DVD çatdırılma xidmətini dayandıracaq

Netflix 2023-cü ilin sentyabrında DVD çatdırılma xidmətini dayandıracaq.

Bu barədə çərşənbə axşamı şirkətin saytında dərc edilmiş məlumatda deyilir.

Məqsədinin həmişə üzvlər üçün ən yaxşı xidmət təşkil etmək olduğunu bildirən şirkət 25 ildən sonra bu qərarın verilməsini biznesin daralması ilə bağlayıb.

Məlumatda vurğulanır ki, 1998-ci ildən bəri Netflix 5.2 milyarddan çox disk təqdim edib və 40 milyon abunəçiyə çatıb. Şirkət tərəfindən təqdim edilən ilk CD-də “Beetlejuice” (1988) filmi var idi.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər