“Netflix” hesab parollarının başqa insanlarla paylaşmağı qadağan edib, indi bu xidmətin qiyməti ayda 7.99 dollardır. “Premium” abunəçiləri öz hesablarına iki nəfər əlavə edə biləcəklər, lakin onların hər biri ayda 7.99 dollar ödəməlidir. Bununla “Netflix” striminq xidmətinin ən böyük bazarı olan ABŞ-da qeyri-qanuni parol mübadiləsi ilə mübarizə aparmağa başladığını bildirib.
Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
“Netflix” xəbərdarlıq edir ki, bir hesab əlavə ödəniş etmədən yalniz birlikdə yaşayan “ailə” daxilində istifadə edilə bilər. Şirkət ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya və Meksika da daxil olmaqla 103 ölkədəki müştərilərə yeni qaydaları izah edən məktublar göndərib.
“The Verge” qeyd edib ki, hələ 2017-ci ildə “Netflix” parol mübadiləsinin əleyhinə olmayıb və hətta bu barədə “Twitter”də yazıb, lakin o vaxtdan şirkətin mövqeyi dəyişib.