9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Netflix” rus dilli versiyanı təqdim etdi və rublla ödənişlərə keçdi

Amerikanın “Netflix” striminq xidməti rus dilli versiyanı istifadəyə verib. Bildirildiyi kimi, indi xidmət interfeysi rus dilində olacaq və abunə haqqı avro ilə deyil, rublla ödəniləcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Rusiyanın IP-si ilə “Netflix”ə daxil olan istifadəçi netflix.com/ru/ saytına yönəldiləcək, köhnə istifadəçilər isə rusdilli versiyaya ayarlar vasitəsi ilə keçid edə biləcək.

Qeyd edək ki, “Netflix”də minimal abunə haqqı 599 rubl təşkil edir. Bundan əlavə, istifadəçilər 799 rubla standart və 999 rubla premium abunə paketindən yararlana biləcəklər. Tarifin qiyməti görüntünün keyfiyyətinə təsir edir.

Bildiyiniz kimi, “Netflix” yeni istifadəçilərə xidmətindən 30 gün ərzində pulsuz yararlanmaq imkanını verir. Ödəniş etmək üçün Visa, MasterCard və “Mir” kartları qəbul olunur.

“Bu gündən etibarən xidmətimizin rus dilli versiyasını işə salırıq və fəxrlə bildiririk ki, platformada Netflix Originals xəttindəki kontentə həmçinin rus dilində də baxmaq mümkün olacaq”, – mesajda qeyd edilir.

Xatırladaq ki, Rusiya üçün “Netflix” 2016-cı ildən əlçatan olsa da, oradakı kontentin böyük hissəsi bu günə qədər ingilis dilində yayımlanıb və abunə haqqını yalnız avro ilə ödəmək mümkün olub.

Son xəbərlər
Oxşar xəbərlər