“Netflix” Türkiyə bazarından gedir?

Türkiyənin Rəsmi Qəzetində yayımlanan xəbərə görə, ölkənin Radio və Televiziya Ali Qurumu (RTÜK) internet televiziyaları üzərində nəzarəti başlayıb.

 RTÜK-ün yayımladığı məlumata, əsasən “Netflix”, “puhutv”, “BluTV” kimi dijital yayım platformaları ölkədə fəaliyyətlərini davam etdirmək üçün yayım lisenziyası və yayım ötürülməsi səlahiyyəti almalıdır.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

RTÜK-ün rəhbəri Əbubəkir Şahin “Twitter” üzərindən etdiyi açıqlamada deyib ki, “Netflix” Türkiyə bazarından çəkilməyəcək: “Dijital yayım platforması internetdən yayım üçün lizenziya müraciəti edən qurumlar arasındadır”.

Rəsmi açıqlamadan dərhal sonra isə daha bir bəyanat isə “Netflix Türkiyədən”gəlib. “Netflix”nümayəndəsinin açıqlaması isə belədir:

“İnternetdə yayım ilə bağlı yeni dəyişiklik nəticəsində lizenziya müraciətimizi başlatdıq. Türkiyədə sayları getdikcə artan 1,5 milyon istifadəçiyə sahibik. Abunəçilərimizin dünyanın dörd bir yanından təklif etdiyimiz zəngin məzmun çeşidliliyinə və Türkiyədən dünyaya daşıdığımız yerli hekayələr ilə dəyər verdiyinə inanırıq. Buna görə də bir yandan Türkiyədəki sərmaylərimizi artırmağa davam edirik, digər yandan isə valideyn nəzarətini daha da gücləndirmək istiqamətində rəsmilər ilə görüşlərimizi davam etdiririk. Hədəfimiz abunəçilərimizi seçdikləri kontentə rahatlıqla əlçatan olmasıdır, amma bununla yanaşı uşaqların yaşlarına uyğun olmayan kontentlərdən də qorumalıyıq”.

©Facemark.az


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları