“Netflix” noyabrın 2-dən etibarən striminq xidmətinin bütün istifadəçilərinin video oyunlardan yararlana biləcəklərini açıqlayıb.
Banker.az xəbər verir ki, bunun üçün əlavə ödəniş etməyə ehtiyac yoxdur, bəzilərini hətta internetə çıxışınız olmadığı halda oynamaq mümkündür. Hələki platformada cəmi beş oyun var və onlar yalnız Android-də işləyir.
Xatırladaq ki, platforma oyun bölməsini smartfon və planşetlərdə hələ 2021-ci ilin avqustunda sınaqdan keçirməyə başlayıb. Bütün oyunlar kənar mütəxəssislər tərəfindən yaradılıb.
“Netflix”in təqdim etdiyi ilk oyunlar:
– “Stranger Things: 1984” – “Çox qəribə işlər” serialının motivləri əsasında macəra süjetli oyun;
– “Stranger Things 3: The Game” – birinci oyunun davamı;
– “Card Blast” – kart oyunu;
– “Teeter Up и Shooting Hoops” – kauzal oyun.
“Netflix”in oyun inkişafı üzrə vitse-prezidenti Mayk Verdu bildirib ki, gələcəkdə korporasiya müxtəlif növ oyunlar kitabxanası yaratmağı planlaşdırır. Xidmətin nümayəndələri vurğulayırlar ki, ilk mərhələdə yalnız smartfonlar, gələcəkdə isə kompüter, ağıllı televizorlar, konsollar və digər qurğular üçün oyunlar istehsal ediləcək.
Sentyabr ayında xidmət ilk oyun studiyasını – “Night School Studio” şirkətini alıb. Müqavilənin dəyəri açıqlanmır.