8 C
Baku
Monday, November 18, 2024

“Netflix” xərcləri $300 mln. azaldır

Onlayn kinoteatr şəbəkəsi “Netflix” 2023-cü ildə xərcləri 300 milyon dollar azaltmağı planlaşdırır. Top-menecerlər işçiləri xərcləmələrdə “ehtiyatlı” olmağa çağırıblar, bu barədə “The Wall Street Journal” yazıb.

Bununla yanaşı, işə qəbulun dondurulması və ya yeni ixtisarlar nəzərdə tutulmur. Mənbələrə görə, belə bir qərar həm də 2023-cü ilin birinci rübündən platformaya girişi digər istifadəçilərlə bölüşmək imkanının işə salınması ilə bağlıdır.

“Netflix” yeni funksiyanın şirkətə mənfəəti artırmağa kömək edəcəyini gözləyir. Onlayn kinoteatrın məlumatına görə, dünya üzrə xidmətin 100 milyondan çox istifadəçisi başqasının hesabından istifadə edir.

Aprel ayında “Netflix” 25 illik fəaliyyətindən sonra DVD biznesini bağladığını elan edib. Bu müddət ərzində şirkət 40 milyon abunəçiyə 5 milyarda yaxın disk göndərməyə nail olub. Son disklərin sentyabrın 29-da göndərilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər