13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Netflix” xidməti ilk oyun studiyasını aldı

faizlere

“Netflix” xidməti “Night School Studio” oyun studiyasını alıb.

Banker.az xəbər verir ki, şirkət video oyunlar bazarına çıxmağı planlaşdırır.

“Night School Studio” – 2016-cı ildə çıxan “Oxenfree” oyununun müəllifidir. Bu, “Netflix” üçün ilk belə razılaşmadır.

Videoxidmət oyunçular üçün eksklüziv oyunlar yaratmaq məqsədilə dünyada bu sənayenin ən yaxşı istedadlarını işə götürməyə davam edəcəyini açıqlayıb. Oyunlar tətbiqdaxili ödəniş olmadan abunə vasitəsilə əldə ediləcək.

Xatırladaq ki, “Netflix” oyun istiqamətini 2021-ci ilin may ayında inkişaf etdirməyə başlayıb. Bundan əvvəl şirkət “Stranger Things 3” oyununu dəstəkləyib və “Minecraft: Story Mode” adlı mini-serial buraxıb.

Avqust ayında “Netflix” tətbiqinin Polşada yaşayan istifadəçiləri üçün əlavə ödənişsiz və reklamsız ilk oyunlar əlçatan olub. Polşadan başqa bu xidmət sınaq çərçivəsində İspaniya və İtaliyada da mövcuddur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər