17 C
Baku
Cümə, May 20, 2022

“Netflix” yeni funksiyanı işə salıb

Striminq xidməti olan “Netflix” ikiqat bəyənmə funksiyasını işə salıb.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu, platformanın gələcəkdə istifadəçilərə daha keyfiyyətli tövsiyələr verməsini təmin etmək üçün nəzərdə tutulub.

İstifadəçi ikiqat bəyənmə basanda sistem dərhal ona bənzər filmlər tövsiyə edəcək, məsələn, eyni aktyorla. İkiqat bəyənmə düyməsi adi bəyənmə və bəyənməmə düymələrinin yanında yerləşir. Bu funksiya TV, Android və iOS-da mövcuddur.

Xatırladaq ki, martın 6-sı “Netflix” Rusiyada fəaliyyətini dayandırıb. Bundan əlavə, Şirkət Rusiyanın bir çox layihələri üzərində işi təxirə salıb.

Son xəbərlər
Oxşar xəbərlər