25 C
Baku
Saturday, July 27, 2024

“Netflix”in abunəçi sayı 200 milyonu keçib

“Netflix” yayım platformasına abunə sayı 2020-ci ilin sonunda 200 milyonu keçib. Auditoriyanın böyüməsi koronavirus pandemiyasının başladığı dövrlə üst-üstə düşüb, çünki bir çox insanlar karantin rejimi ilə əlaqədar olaraq evdə qalmağa məcbur olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Beləliklə, 2020-ci ildəki karantin məhdudiyyətləri fonunda “Netflix”ə 37 milyon nəfər abunə olub. Hal-hazırda yayım xidmətinin 203.7 milyon abunəçisi var.

Bildirilir ki, belə bir artım “Disney+”, “Apple TV+” və “HBO Max” kimi yayım xidmətləri ilə rəqabətin güclənməsi fonunda baş verib. Şirkətin hesabatında qeyd edildiyi kimi, 2020-ci ildə “Netflix”in mənfəəti 2.761 milyard dollar təşkil edib (2019-cu ildə 1.867 milyard dollar).

2021-ci ilin birinci rübündə şirkət mənfəətinin 7.1 milyard dollara qədər yüksələcəyini proqnozlaşdırır.

Hesabat dərc edildikdən sonra “Netflix” səhmləri 12.6% artaraq 565.05 dollara çatıb. Son on iki ayda şirkətin kapitallaşması 48%, S&P 500 indeksi isə 14% artıb.

“Netflix”in proqnozlarına görə, yaxın üç ayda platformanın abunəçi sayı 209.66 milyon nəfərə çatacaq. 2021-ci ildə striminq xidməti həftədə bir film buraxmağı planlaşdırır. Ümumilikdə, onlayn-kinoteatr 500-dən çox film və serial hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər