“Netflix”in həmtəsisçisi şirkətə 30 il rəhbərlik etdikdən sonra vəzifəsindən gedir

“Netflix”in direktorlar şurasının sədri və həmtəsisçisi Rid Hestinqs şirkətə 29 il rəhbərlik etdikdən sonra vəzifəsindən istefa verəcək. “Bloomberg”in məlumatına görə, bu, iyun ayında keçiriləcək illik səhmdarlar yığıncağında baş verəcək.

Şirkətdə top-menecerin gedişi “Warner Bros. Discovery Inc.”in alınması üzrə baş tutmayan razılaşma ilə əlaqələndirilmir.  “Bloomberg” qeyd edir ki, uğursuz razılaşma yenə də şirkətin maliyyə vəziyyətinə təsir edib. “Netflix”in səhmləri “Paramount Skydance Corp.” ilə bir neçə ay davam edən rəqabət fonunda ucuzlaşıb, çünki investorlar mümkün razılaşma halında şirkətin üzərinə götürəcəyi borcun həcmi ilə bağlı narahat idilər. İkinci rübün yekunlarına görə, “Netflix”in gəliri 12,57 milyard dollar təşkil edəcək, halbuki 12,64 milyard dollar gözlənilirdi.

“Netflix” rəhbərliyi şirkətin gələcəyinə inamını qoruyur. Şirkət bu ayın sonunda videoların şaquli axtarış lentini özündə birləşdirən yenilənmiş mobil versiyanı istifadəyə verməyi planlaşdırır. Filmlər və seriallarla yanaşı, “Netflix” video oyunlara və podkastlara da investisiya etməyi nəzərdə tutur.

Fevral ayında “Netflix” “Paramount Skydance”in qiymət təklifi ilə rəqabət apara bilmədiyi üçün “Warner Bros. Discovery” studiyasını almaqdan imtina edib.

Son xəbərlər
Digər xəbərlər