ABŞ-nin multimedia şirkəti “Netflix”in işində fasilələr yaranıb.
Bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” portalı məlumat yayıb.
Bildirilib ki, 1.8 minə yaxın istifadəçi “Netflix”in işindən şikayət edib.
İstifadəçilərin 67%-i saytda nasazlıqlar olduğunu, 25%-i videoya baxarkən çətinliklə üzləşdiyini, daha 9%-i isə xidmət proqramına daxil olmaqda problem yarandığını deyiblər.