36 C
Baku
Wednesday, August 17, 2022

“Netflix”in rəhbəri: distant iş müsbət nəticə vermir

“İnsanların kütləvi olaraq distant işə keçməsi müsbət nəticə vermir, ən böyük çatışmazlıq isə şəxsi görüşlərin olmamasıdır”, deyə “Netflix” şirkətinin rəhbəri Reed Hastings The Wall Street Journal-a verdiyi müsahibədə bildirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin işçilərini ofislərə nə vaxt qaytarmağı planlaşdırdığını soruşduqda, rəhbər zarafatla “peyvənd təsdiqləndikdən on iki saat sonra” deyib. Əslində isə “Netflix” işçilərini peyvənd buraxıldıqdan altı ay sonra əvvəlki iş rejiminə qaytarmağı düşünür.

Covid-19 pandemiyasından sonra, beşgünlük iş həftəsi dördgünlüyə çevriləcək. Düşünürəm ki, bir çox şirkət bu modelə üstünlük verəcək”, – CEO söyləyib.

Xatırladaq ki, şirkətlər Covid-19 səbəbindən 2020-ci ilin yazında işçiləri kütləvi şəkildə distant işə köçürməyə başladılar: onlar sırasında “Google”, “Facebook” və digərlərini misal göstərmək olar. Daha sonra İT şirkətləri işçilərə ən az 2021-ci ilə qədər evdən işləməyə icazə verdilər.

2020-ci ilin məlumatında görə, “Netflix”in 8 600 işçisi var.

Son xəbərlər
Oxşar xəbərlər