İyul ayının 27-si “Netwoking Azerbaijan” biznes klubu növbəti möhtəşəm tədbirini keçirib.Tədbir davam edib. Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Bu dəfə tədbir El-Portalon restoranında baş tutdu . Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonağlarını salamlayıb netvorkingin faydalarından qonaqlarla bölüşüb və çıxış üçün qonaqlar qarşısına Venesuella dövlətinin səlahətli səfri cənab Cristopher A.Martinez dəvət edib. Cənab səfir Venesuella və Azərbaycan işgüzar əlaqələrindən və inkişafından qonaqları ətraflı məlumatlandırıb və ölkələrimiz və xalqlarımız arasında oxşar mental və mədəni cəhətlərindən danışıb. Gecənin fəxri qonağlarından digəri və Çili dövlətin səfiri Ciancarlo Alberti Networking Azerbaijan biznes klubunun faydalı fəaliyətindən , Azərbaycan işgüzar və ikitərəfli əlaqələrin inkişafına verdiyi tövhələrindən və qarşılıqlı əməkdaşlıqdan danışıb .Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilib lər. Tədbirdə ən aktiv qonağlara Hazel Azərbaycan şirkəti tərəfindən və Metaflix platforması tərəfindən müxtəlif hədiyyələr təqdim edildi. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.