Sentyabırın 13 –də “Netwoking Azerbaijan” biznes klubunun növbəti tədbiri baş tutub . Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Bu dəfə tədbir şəhərin mərkəzində yerləşən Beynəlxalq Muğam Mərkəzində keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonar nəhayət ki, bir yerə toplaşıb və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 200 nəfərin iştirak etdiyi gecədə biznes klubunun təsisçisi , Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri Ləzzət Group -un direktoru Eldar Cabbarlı, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükütla anılmasını xahiş etdi və sonra şirkətin fəaliyyətindən və uğurlarından danışdı. Həmçinin tədbirdə Azərbaycan sahibkarlar konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov və Yasamal rayonunun icra hakimiyətinin müavini Təravət Muradova iştirak ediblər.
İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.