Dekabrın 8-də “Netwoking Azerbaijan” biznes klubunun və “Dataline”-ın
birgə təşkil etdiyi tədbir baş tutub . Ənənələrinə sadiq qalaraq,
“Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar
cəmiyyətini bir araya yığmağa nail oldu. Tədbir şəhərin mərkəzində
yerləşən “Shah Palace Hotel”də keçirilib. Tədbirdə müxtəlif sahələrdə
fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi,
tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması
və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra bir yerə toplaşıb və işgüzar
aləmdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və
təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 100 nəfərin iştirak etdiyi
gecədə biznes klubunun həm təsisçisi və “Baku Translation” şirkətinin
təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir
boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri
“Dataline” şirkətinin direktoru Hakan Acar, şirkətin fəaliyyətindən və
uğurlarından danışıb.
İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı
imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar
keçirilib, sonda isə ən fəal qonaqlara “Dataline” şirkəti tərəfindən
hədiyyələr təqdim edilib.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu
kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək
əhval-ruhiyyəsini təmin edib.