“Networking Azerbaijan” biznes klubu 22 iyun tarixində növbəti möhtəşəm
tədbirini keçirib. Ənənələrinə sadiq qalaraq “Networking Azerbaijan” hər
ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa
nail oldu. Bu dəfə tədbir Lamborghini Baku- mərkəzində baş tutdu.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər
iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn
qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən
ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə,
fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Tədbiri açıq elan
edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb netvörkinqin
faydalarını qonaqlarla bölüşüb və özünü təqdim etmək üçün qonaqlar hər
biri çıxış üçün dəvət olunub. Tədbirdə qonaqlar bir-biri ilə sərbəst
ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana
biliblər.Müxtəlif sahələrdən olan sahibkarlar maraqlı və faydalı
əlaqələr qurub və səmərəli vaxt kecirdiblər. “Networking Azerbaijan”
biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat
ab-havada keçərək iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.