13 C
Baku
Şənbə, May 21, 2022

“Networking Azerbaijan” biznes klubu öz ənənələrinə sadiq qalaraq növbəti tədbirini keçirdi

Tədbir  İçərişəhərdə yerləşən “Şah Palace” otelində müxtəlif sahələrdən olan sahibkarların iştirakı ilə baş tutub. 50 nəfərin iştirakı ilə keçirilən gecədə “Networking Azerbaijan” biznes klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və əsas məqsədin sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsi olduğunu qeyd edib. Bir aylıq fasilədən sonra sahibkarlar bir daha bir araya gələrək, iş dünyasındakı son tendensiyaları müzakirə etmək, həmçinin öz fikirlərini və təcrübələrini bölüşmək imkanı əldə ediblər.

Bu tədbirin klubun indiyədək keçirdiyi tədbirlərdən əsas fərqi “Gambit” adlı intellektual oyun oldu. İştirakçılar komandalara bölünərək müxtəlif maraqlı sualları cavablandırıblar. Axşam çox gözəl intellektual atmosferdə keçib.

İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət quraraq tədbirin yaratdığı imkanlardan yararlanıblar. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirləri kimi bu axşam da xoş ab-havada keçib və qonaqlara yüksək əhval-ruhiyyə bəxş edib. Tədbirin sonunda iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.

Son xəbərlər
Oxşar xəbərlər