16 C
Baku
Wednesday, October 16, 2024

“Neuralink” beyin çiplərini sınaqdan keçirmək üçün könüllülər axtarır

Dünyanın ən varlı adamlarından biri İlon Maska məxsus “Neuralink” şirkəti beyinə çip implantasiya etmək üçün könüllülər toplayır, Banker.az bu barədə Kommersant. ru-ya istinadən xəbər verir. Qeyd edək ki, şirkət hələ may ayında FDA təşkilatından (ABŞ Qida və Dərman İdarəsi) insan üzərində sınaqlar keçirmək üçün icazə alıb.

“Neuralink” onurğa beyninin zədələnməsi və ya amiotrofik lateral skleroz səbəbiylə əlləri və ayaqları iflic olan (tetraplegiya) könüllülər axtardığını bildirir. Sınaq zamanı xəstələrin beynin hərəkətə nəzarət edən nahiyəsinə implant yerləşdiriləcək. Tədqiqat bu texnologiyanın təhlükəsizliyini və effektivliyini qiymətləndirəcək. Şirkət neçə xəstəni qeydiyyata aldığını dəqiqləşdirməyib. Lakin bütün sınaq prosesinin təxminən altı il çəkəcəyi məlumdur.

Daha əvvəl İlon Mask beyin çiplərinin geniş imkanlarından danışmışdı ki, onların köməyi ilə piylənmə, autizm, depressiya və şizofreniya kimi sağlamlıq problemlərinin və vəziyyətlərinin öhdəsindən gəlmək mümkün olacaq. Bununla belə, ekspertlər razılaşırlar ki, bütün bunlara yaxın illərdə nail olmaq mümkün olmayacaq, çünki beyin çiplərinin kommersiya məqsədli istifadəsi üçün lisenziyanın alınması ən azı on il çəkəcək.

Son xəbərlər
Digər xəbərlər