20 C
Baku
Friday, November 1, 2024

“Neuralink” ikinci pasiyentə neyroçip implantasiya edib

İlon Maskın əsasını qoyduğu Amerikanın neyrotexnologiya şirkəti “Neuralink” ikinci xəstəyə beyin çipi yerləşdirib. Bu barədə biznesmenin özü alim Leks Fridmanın podkastında məlumat verib.

Çip onurğa beyni zədəsi olan şəxsə implantasiya edilib. Mask başqa təfərrüatları açıqlamayıb. May ayında “The Wall Street Journal” qəzeti yazıb ki, şirkət ABŞ hakimiyyət orqanlarından müvafiq icazə alıb.

Mask bildirib ki, “Neuralink” klinik sınaqların bir hissəsi olaraq 2024-cü ildə daha səkkiz xəstəyə implant implantasiya etmək niyyətindədir.

“Neuralink” çipi ilk dəfə yanvar ayında Noland Arbo adında bir şəxsə implantasiya edilib. O, iflicdir və son səkkiz il ərzində qollarını çiyinlərindən aşağı hərəkət etdirə bilmir. Cihaz ona düşüncə gücü ilə bədənini idarə etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər