8 C
Baku
Monday, January 13, 2025

“Neuralink” üçüncü pasiyentə neyroçip implantasiya edib

İlon Maskın əsasını qoyduğu Amerikanın neyrotexnologiya şirkəti “Neuralink” üçüncü xəstəyə beyin çipi yerləşdirib. Bu barədə İlon Mask Las-Veqasda keçirilən tədbirdə bildirib.

Sahibkar başqa təfərrüatları açıqlamayıb, lakin əlavə edib ki, 2025-ci ildə şirkət daha 20-30 xəstəyə çip implantasiya etməyi planlaşdırır.

Xatırladaq ki, avqustun 5-də məlum olub ki, ikinci xəstəyə “Neuralink” çipi yerləşdirib. May ayında “The Wall Street Journal” qəzeti yazıb ki, bunun üçün şirkət ABŞ hakimiyyət orqanlarından müvafiq icazə alıb.

Neuralink” çipi ilk dəfə yanvar ayında Noland Arbo adında bir şəxsə implantasiya edilib. O, iflicdir və son səkkiz il ərzində qollarını çiyinlərindən aşağı hərəkət etdirə bilmir. Cihaz ona düşüncə gücü ilə bədənini idarə etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər