32 C
Baku
Monday, July 8, 2024

“Neuralink”in dəyəri 5 mlrd. dollara çatıb

İlon Maskın neyrotexnoloji şirkəti “Neuralink” insan beyninə çipin implantasiyası üçün klinik sınaqların keçirilməsinə icazə aldıqdan sonra 5 milyard dollar dəyərində qiymətləndirilib. Bu barədə bazar ertəsi mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Hesablamalara görə, startapın dəyəri 2021-ci illə müqayisədə 3 milyard dollar artıb. Şirkətin səhmlərinə tələbatın böyük olduğu qeyd edilir. Mütəxəssislər vurğulayırlar ki, “Neuralink”in işlənmələrin kommersiya istifadəsi üçün icazə alması daha bir neçə il çəkə bilər. ABŞ Milli Sağlamlıq İnstitutunun keçmiş neyromühəndislik direktoru Kip Lüdviq hesab edir ki, beyin implantının kommersiya məqsədli istifadəsi üçün icazə almaq ən azı 10 il çəkə bilər.

“Neuralink” startapı 2016-cı ilin iyul ayında Mask tərəfindən neyron interfeyslərin inkişafı və tam avtomatik rejimdə beyinə demək olar ki, qeyri-məhdud sayda elektrodların implantasiyasına imkan verən robotların yaradılması üzrə aparıcı mütəxəssislərin səylərini birləşdirmək üçün yaradılıb. Sahibkarın fikrincə, uzunmüddətli perspektivdə bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər