CNN telakanalının verdiyi məlumata görə, bu çərşənbə günü New-York fond birjasının (NYSE) işində xəta baş vermişdir. Verilən məlumatda “Xəta artıq 1 saatdan çoxdur ki, davam edir” – deyə bildirilir.
Bloomberg agentliyinin isə verdiyi məlumata görə, NYSE yerli vaxtla 11:32-də hərracı dayandırmışdır. NYSE qiymətli kağızlarla edilən əməliyyatlar üzrə yerinə yetirilməmiş bütün əmrləri ləğv etmişdir.
Birja sədri Marissa Ernold agentliyə verdiyi məlumatda demişdir: “Hazırda biz texniki problemlər yaşayırıq və onları mümkün qədər tez bir zamanda həll etməyə çalışırıq”.