15 C
Baku
Saturday, April 27, 2024

New-York Mərkəzi vağzalı – dünyanın ən böyük vağzalı

New-York Mərkəzi vağzalı Amerika meqapolisinin ən məşhur və ən qədim vağzalıdır. Platforma (44) və yollarının (67) sayına görə bu vağzal dünyanın bütün digər vağzallarını geridə qoyur. 

New-York Mərkəzi vağzalı unikal və möhtəşəm memarlığa sahibdir. Bu vağzal tez-tez filmlərin çəkilişində istifadə edildiyi üçün bura artıq pərəstiş edilən bir yerə çevrilib.

2013-cü il, 2 fevralda bu vağzalın 100 yaşı tamam oldu.

new1

Bu köhnə New-Yorkun ilk vağzalı idi. Vağzalın ilk binası hələ 1871-ci ildə tikilmişdi, lakin daha sonralar bir neçə dəfə yenidən qurulmuşdu. Şəkildə 1908-ci ildə aparılan tikinti işləri əks olunub.

 new2

1908-ci ildə aparılan tikinti işləri.

 new3

10 may 1912-ci il. Vağzalın yeni binasının tikintisinə aylar qalıb.

new4

Metroya keçid, 1912-ci il

new5

New-York Mərkəzi vağzalında restoran, 1912-ci il.

new6

Soldan metroya və küçəyə çıxış, 1912-ci il.

new7

New-Yorkda işçilər də bəzən əylənməyi sevirlər. Vağzalda heykəl.

new8

1 fevral 1913-cü ildə Mərkəzi vağzalın yeni binası açıldı. Bu binanın tikintisinə 10 ildən çox vaxt tələb olunmuşdu.

new9

New-York Mərkəzi vağzalı 1919-cu ildə. Bu orta Manhettendə 42-ci küçə ilə Park-Avenue-nin birləşməsində yerləşir.

new10

Bir topa insan kütləsi monitorda Junkers W 33 Bremen təyyarəsinin yerə enmədən Şimali Atlantika üzərindən necə şərqdən qərbə uçub getdiyinə baxır.

new11

O dövrlər New-York Mərkəzi vağzalının çiçəklənmə dövrü hesab olunur. 1947-ci ildə bu vağzaldan il boyu 65 milyon insan keçmişdir.

new12

New-York Mərkəzi vağzalı, 1941-ci il.

new13

Vağzal. Böyük pəncərədən içəri düşən işıq.

new14

Sərnişinlər, 23 may 1946-cı il.

new15

New-York Mərkəzi vağzalı, 1954-cü il.

new16

Kütləvi elektrik kəsintisi zamanı gözləmə zalı, 9 noyabr, 1965-ci il.

new17

Vağzaldan Çikaqoya gedən sərnişin qatarı. 1902-ci ildən 1967-ci ilə kimi istifadə olunub.

new18

20-ci əsrin ikinci yarısında dəmir yollarından istifadə edənlərin sayı qəfildən azaldı və Mərkəzi vağzal böhranla üzləşdi. 9 noyabr 1968-ci il.

new19

Vağzal. Yanğın səbəbindən qatarların yola salınmasında yaranan gecikmələr. 25 noyabr, 1987-ci il.

new20

Vağzala gələn insanlar, 11 yanvar, 1996-cı il.

new21

New-York Mərkəzi vağzalına giriş, 22 oktyabr 2003-cü il.

new22

1990-cı ildə New-York Mərkəzi vağzalında geniş miqyaslı bərpa işləri aparılmışdı. Vağzal iki mərhələdən ibarətdir. Yuxarı mərhələdə 41, aşağı mərhələdə isə 26 yol var. Gözləmə zalı isə xüsusi bəzəkli pəncərələr ilə zəngindir.

 new23

Hamıya tanış olan gözləmə zalının foyesi böyük tağlı tavanlar və saatla mərkəzdə yerləşir. Sotbis və Kristis hərracı bunların qiymətini 10 milyon dollardan 20 milyon dollara qədər qiymətləndirir.

new24

Vağzalın tavanında zodiak bürcləri təsvir olunub. Bu bürclər güzgü əksi ilə təsvir olunub və onlara baxdıqda sanki səmanın digər tərəfindən baxırsınız kimi görüntü yaranır.

new25

Bu çılçıraqlar 100 il bundan əvvəl quraşdırılıb və onların hər birində 110 lampa var.

 new26

New-York Mərkəzi vağzalının çöldən ən gözəl görünüşünü Park Avenue-nin cənub hissəsindən görmək mümkündür. Burada diametri 4 metrdən çox olan saatlar Tiffany şirkətinin istehsal nümunələrini əks etdirir. 

 new27

Saatın içərisindən çölə baxdıqda, 31 yanvar 2013-cü il.

new28

Saatın içərisindən Park Avenue-nin görünüşü, 25 yanvar 2013-cü il.

new29

Tiffany saatının içəridən görünüşü, 25 yanvar 2013-cü il.

new304

New-York Mərkəzi vağzalı 19 hektarlıq ərazisi və yüzlərlə dəmir yolları ilə dünyanın ən böyük vağzalı olaraq Ginnesin rekordlar kitabına düşmüşdür.

Şəkildə Tiffany saatları üzərində yüksələn Kraysler bildinq binası və Merkuri abidəsi təsvir olunub. 31 yanvar 2013-cü il.

new31

“Mərkəzi vağzal New-Yorkun sahib olduğu hər şeyi özündə əks etdirir. O böyük, səs-küylü, funksional, insanlarla doludur. Lakin biz bu vağzalın daha bir New-York keyfiyyətinə malik olduğunu unuduruq, o – gözəldir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər