New-York küçələrində eyni anda 13 000 sarı taksiyə rast gəlmək mümkündür. Onlar gün ərzində 600 000 insana xidmət göstərir. Statistikaya görə New-York taksilərində 175 ölkənin nümayəndələri çalışır. 1907-ci ildə “New York Taxicab Company” Fransadan 600 avtomobil alır və şəhərdə ilk taksi şirkətinə çevrilir.
Bu şəhərdə taksi maşınları sarı rəngə boyanır. Nəqliyyat şirkətinin sahibi John Hirts öz zamanında araşdırma aparır və belə qənaətə gəlir ki, bu rəng gözlər üçün daha xoş təsir bağışlayır.
New-York taksilərində ən geniş istifadə edilən avtomobil Ford Crown Victoria-dır. Hər il şəhərin sürücü tərkibi demək olar ki, artmaqdadır. Bu sahə üzrə işləyən şəxslərin əsas məqsədləri pul yığmaq və ikinci bir işlə məşğul olmaqdır. Belə ki, bir çoxlarının növbəti karyerası uğurla davam edir. Məsələn, “Taksi! New-York sürücülərinin tarixçəsi” kitabının müəllifi olan professor Graham Russell Gao Hodges gəncliyində taksi sürücüsü olmuşdu.
Taksi sürücüsü vəzifəsi daim ən təhlükəli peşələrdən biri kimi statusunu qoruyub saxlayır. 1963-cü ildə taksi sürücülərinə 400 hücum halı qeydə alınmışdısa, 1979-cu ildə bu rəqəm 3 000 idi. Vəziyyət belə olduqda sürücü və sərnişini qoruyan güllə keçirməyən şüşələr peyda olur.
Bu şəhərdə taksi sürücüləri arasında geniş yayılmış aədtlərdən biri də taksi sürücülərinə “çaypulu” verməkdir. Şəhərin qonağı olan bir çox şəxslər bu adətdən xəbərsizdirlər və buna görə də, taksi sürücülərini əlavə gəlirdən məhrum edirlər.
New-York taksi sürücüləri sırasında əsl əfsanə hesab edilən şəxs Conni Futmendir. O ilk dəfə sükan arxasına hələ 1954-cü ildə əyləşib. Onun artıq 90-dan çox yaşının olmasına baxmayaraq sərnişin daşımağa davam edir.