New York Times: ABŞ-İran arasındakı gərginliyin artmasına Bolton məsuliyyət daşıyır

0

“ABŞ-la İran arasındakı gərginliyin artmasının səbəbkarı Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Bu məsələdə bütün məsuliyyət onun üzərinə düşür”.

Bu fikirləri ABŞ-ın xarici işlər nazirinin sabiq siyasi işlər üzrə müşaviri Uendi Şerman “New York Times”a yazdığı məqaləsində vurğulayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O, məqaləsində Vaşinqtonla Tehran arasında gərginliyin daha da artacağına səbəb olacaq ABŞ-ın son addımlarının – çox sayda hərbi personalın, o cümlədən döyüş texnikalarının Yaxın Şərqdə cəmləşdirilməsinin məhz Boltonun səyi nəticəsində baş verdiyini qeyd edib.

“New York Times” iddia edib ki, Bolton İranla bağlı sabiq prezident Corc Buş dönəmində həyata keçirə bilmədiyi planını Trampın rəhbərliyi altında gerçəkləşdirməyə çalışır.

ONA