23 C
Baku
Friday, April 26, 2024

New York Times tədqiqatından sonra Facebook səhmləri 7,2% aşağı düşüb

Jurnalistlər şirkəti şəbəkə istifadəçilərinin məlumatlarının digər şirkətlərə ötürülməsində ittiham edib.

Banker.az xəbər verir ki, 2018-ci il dekabrın 19-da The New York Times, Facebook-un istifadəçilərin şəxsi məlumatları ilə gizli işi barədə məlumat verib. Jurnalistlərin fikrincə, sosial şəbəkə 150-dən çox şirkətə məlumatların ötürülməsini həyata keçirib. Onlardan Netflix, Spotify, Sony, Amazon, Microsoft, Apple, Yandex və s. şirkətlərin adını çəkmək olar.

Şirkətin özü isə bu ittihamları rədd edir: Facebook nümayəndələri sosial şəbəkənin  heç bir aləti üçüncü tərəfin icazəsi olmadan şirkətlərin istifadəçi məlumatlarına çıxmasına imkan yaratmadığını söyləyiblər.

Şirkətin səhmləri hər bir səhm üçün $133,24 qədər düşüb, Facebook-un kapitallaşması isə $382 milyard kimi qiymətləndirilir. 2018-ci ilin əvvəlindən sosial şəbəkənin səhmləri 22% ucuzlaşıb.

2018-ci ilin martında, Facebook-dan məlumat sızması və Cambridge Analytica ilə baş vermiş qalmaqaldan əvvəl, Mark Zuckerberq Bloomberg-in milyarderlər indeksində dördüncü yeri tutmuşdur. Lakin, baş vermiş yeni hadisələrdən sonra, onun sərvəti $3,96 milyard azalıb və sahibkar Bloomberg siyahısında hal-hazırda yeddinci sıranı tutur.

center

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər