17 C
Baku
Sunday, May 5, 2024

“Nexia EA” Minatəmizləmə Agentliyini məhkəməyə verdi

“Nexia EA” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) publik hüquqi şəxsi məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Nexia EA” QSC-nin iddiası BakıKommersiya Məhkəməsinin hakimi Zaur PirverdiyevİN icraatındadır.

“Nexia EA” QSC ilə ANAMA arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Podrat müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, Nexia EA dünya üzrə ilk 10-luğa daxil olan Nexia İnternational audit və konsaltinq şəbəkəsinin Azərbaycan üzrə təmsilçisidir.

Minatəmizləmə Agentliyi Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır

Son xəbərlər
 ⁠
Digər xəbərlər