19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Neymar azarkeşlərlə rəftarına görə əlavə pul alır

Screen Shot 2021 09 02 at 14.34.20

Braziliya millisinin futbolçusu Neymarın Fransa PSJ-si ilə imzaladığı müqaviləyə xüsusi bənd salınıb.

“El Mundo” nəşrinə istinadən, sözügedən maddə Paris klubunun azarkeşləri ilə bağlıdır.

Sözləşmə şərtlərinə görə, 29 yaşlı hücumçu hər oyundan öncə və sonra tərəfdarları salamlamalı, onlara açıq olmalıdır. Müqavilədə həmçinin klubun qərarlarını, əməkdaşlarını, azarkeşləri və komanda taktikasını tənqid etməmək üçün bənd də var.

Braziliyalı forvard sözügedən şərtləri yerinə yetirdiyi üçün hər ay əlavə olaraq, 541 680 avro məbləğində pul alır.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-nin formasını geyinir.

Report

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər