15 C
Baku
Friday, March 29, 2024

Ulduz futbolçu Neymarın əmlakını vergiyə görə blokladılar

Braziliyanın vergi orqanları ölkənin məşhur futbolçu və ölkənin futbol yığmasının üzvü Neymarın əmlakının bir hissəsini bloklayıb. Bu barədə “Folha de S.Paulo” qəzeti oyunçunun vəkili Markus Nedera istinadən bildirib.

“Blok təminat ölçüsü ilə bağlı tədbirdir. Bu, normal təcrübədir. Əmlak əvvəlki kimi sahibinə aiddir”, – deyə nəşr hüquqşünasa istinadən bildirib.

Braziliyanın hakimiyyət orqanları milli komandanın hücumçusundan “Santus” klubundan İspaniyanın “Barselona”sına keçid zamanı  17,5 milyon ABŞ dolları məbləğində vergi ödənişindən boyun qaçırmasından şübhələnir.

Bununla əlaqədar olaraq futbolçunun ailəsinə aid “Cessna Citation 680” təyyarəsinə, “Eurocopter France 130 B4” vertolyotuna, həmçinin şirkətlərin paylarına həbs qoyulub.

Son xəbərlər
Digər xəbərlər