Bu funksiya İnternet nəhəngi Alibaba Smartrac Technology Group şirkəti ilə birlikdə hazırlanır.
E-ticarət sənayəsinin nəhəngi olan Alibaba, Smartrac Texnology Group tərəfindən təqdim edilən radio frekansının müəyyənləşdirilməsi (RFİD) və simsiz məlumatın ötürülməsi (NFC) texnologiyalarına əsaslanan inkişaflara sərmayə qoymuşdur. Bu investisiyalar hər iki şirkətin müxtəlif markalara «məhsulların identifiaksıyası üçün yenilikçi həllər» təmin etmək üçün nəzərdə tutulmuşdur.
“Biz müştərilərimizə qabaqcıl həllər təqdim etmək üçün yenilikləri davamlı olaraq tətbiq edirik və yeni əməkdaşlıqlar qururuq. Smartrac-la əməkdaşlıqdan çox məmnunuq və bundan sonra yeni markalı identifikasiya sistemlərini birlikdə təqdim edəciyik.”
Alibaba Group-un prezidenti
Maykl Evans
Smartrac tərəfindən hazırlanan platforma firmaların yaradılması zamanı birbaşa hər bir məhsulda unikal rəqəmsal identifikasiyanı təhlükəsiz şəkildə yaratma və tətbiq etmə imakanı yaradaraq NFC-dən istifadə etməyə imkan verir.
Smartrac nümayəndələrinin fikrincə idenfikatoru saxtalaşdırmaq, kopyalamaq və ya itirmək olmaz. Məhsulun orjinallığın təsdiqi ilə yanaşı, istehsalçı çip üzərində, məhsul haqqında əlavə məlumatlar yaza biləcəkdir. Alıcı isə- ona bir toxunuşnan baxa bilər.