6 C
Baku
Sunday, December 15, 2024

NFC texnologiyasından alternativ istifadə üsulları

NFC (Near Field Communication) təmassız əlaqə üstünlüyündən adətən ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə olunur. Lakin maliyyə xidmətləri çərçivəsindən çıxaraq bu texnologiyadan digər faydalı variantlar üçün də istifadə etmək mümkündür.

NFC cihazın işləmə diapazonu 4-20 santimetr təşkil edir. Bu məhdudlaşdırma belə bir texnologiyanı məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş digər təmassız əlaqə vasitələrindən (məsələn, Bluetooth)  daha təhlükəsiz xarakterli edir.

İşdə:

NFC vasitəsilə şirkət əməkdaşları iclas zamanı vacib sənədləri bir-birilərinə ötürə bilərlər. Bu zaman hər hansı bir sənədi çap etməyə və yaxud flash ötürücülərdən istifadə etməyə heç bir ehtiyac duyulmur. Bununla zamana da qənaət etmiş olursunuz.

Hava limanlarında:

NFC cihazların köməkliyi ilə biletləri saxlamaq və  təqdim etmək mümkündür. Bəzi şirkətlər reyslərin qeydə alınması zamanı vaxta qənaət etmək arzusu ilə belə bir xidməti sınaqdan keçirməyə başlamışlar. Belə biletləri digər nəqliyyat növlərində də təqdim etmək mümkündür.

Xəstəxanalarda:

Səhiyyə sahəsi NFC texnologiyası üçün perspektivli istiqamətlərdən biridir. Belə ki, pasientlər təmassız qolbaqlar sayəsində tez bir zamanda qeydiyyatdan keçə və təyinat siyahısını yeniləyə bilərlər. Eyni zamanda, NFC-dən həyati vacib göstəricilərin diaqnostikası üçün xüsusi ötürücülərdə, həmçinin həmin məlumatların həkimlərə ötürülməsi üçün istifadə etmək olar.

Mağzalarda:

İstehlakçılar bu texnologiyanın köməkliyi  ilə məhsul haqqında məlumat əldə edə və onun texniki xarakterini tez bir zamanda öyrənə bilərlər. Bunun üçün smartfonu məhsula yaxınlaşdırmaq kifayət edir.

Təhsil zamanı:

Bəzi universitetlər tələbələrin NFC texnologiyası ilə tanınması sistemini artıq işə salmışlar. Bu texnologiya tələbənin kampüsdə olduğunu qeyd edir, həmçinin yerli yeməkxanada yeməyin hesabını ödəməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər