5 C
Baku
Saturday, December 14, 2024

NFT bazarı necə qurulub?

2021-ci ilin mart ayında “Gündəlik: ilk 5000 gün” adlı əsər Christie’s hərrac evində $69 milyona satıldı. Əlbəttə, sənət əsərlərinə verilən səkkiz rəqəmli məbləğlər artıq çox az adamı təəccübləndirir, lakin bu alış daha çox diqqət cəlb edir, çünki bu dəfə söhbət NFT-dən gedir. NFT – yalnız rəqəmsal dünyaya aid olan unikal sertifikatdır.

Başqa sözlə desək, kimsə internetdə bir şəkil üçün $70 milyon ödəyib.

O vaxtdan bəri NFT-lər müxtəlif yollarla pop-mədəniyyətə daxil olurlar. İndi hər həftə Foundation, OpenSeaNifty Gateway kimi marketpleyslərdə yüz milyonlarla NFT tokeni satılır.

NFT-lərin hansı səbəbdən həm həyəcanverici, həm də şübhə doğuran olduğunu başa düşmək çətin deyil: bu, yeni aktiv sinfidir. Bəs NFT-lərin dəyərini kim müəyyən edir? Bu suala cavab tapaq. NFT-ləri qiymətləndirmək üçün əvvəlcə onların həqiqətən nə olduğunu və hansı bazar imkanları yaratdığını başa düşmək vacibdir.

NFT tokeni bazarın aləti kimi

NFT tokenlər rəqəmsal aktivlər bazarını kökündən dəyişdi. İlk başlarda rəqəmsal sənət əsərinin “sahibini” öz kompüterində onun surətini saxlayan şəxsdən ayırmaq mümkün deyildi. Amma bazar dəqiq müəyyən edilmiş mülkiyyət hüquqları olmadan işləyə bilməz: kimsə məhsulu almazdan əvvəl satış hüququnun kimə məxsus olduğu aydın olmalıdır və məhsul alındığı halda mülkiyyət hüququ satıcıdan alıcıya keçməlidir.

“Əvəz edilməyən token” adından göründüyü kimi, hər bir NFT unikal və bənzərsizdir. Bütün NFT-lər blokçeyn əsasında qurulan reyestrdə saxlanılır, yəni istənilən vaxt onların hər birinin kimə məxsus olduğunu öyrənmək olur. Üstəlik, token asanlıqla bir şəxsdən digərinə ötürülür və bu əməliyyatı saxtalaşdırmaq çətindir.

Qeyd edək ki, NFT tokenlər təkcə rəqəmsal “mülkiyyət sənədi” deyil. Blokçeyn proqramlaşdırıla bilən olduğundan, tokenlərə zaman keçdikcə funksiyalarını genişləndirəcək və hətta sahiblərinə birbaşa fayda gətirəcək xüsusiyyətlər vermək mümkündür. Başqa sözlə desək, NFT-lər həm virtual məkanda, həm də real dünyada işləyə bilər.

Bu baxımdan NFT-lər tədbirlərə, eksklüziv məhsullara və ya xüsusi endirimlərə çıxışı təmin edən üzvlük kartlarına bənzəyir.

Nyu-Yorkda keçirilən son NFT konfransında gördüyümüz kimi, NFT yaradıcıları üçün üz-üzə görüşlər təşkil edilir. Deyə bilərik ki, NFT tokeninə sahib olmaq sizi həm investor, həm klub üzvü, həm brend səhmdarı, həm loyallıq proqramının istifadəçisi edir. Bütün bunlar o deməkdir ki, NFT ətrafındakı bazar sürətlə böyüyə və populyarlıq qazana bilər.

NFT ekosistemləri anlayışı

NFT-lər ətrafında bazarlar formalaşmağa başladıqda, yaradıcılar onlara təqdim olunan imkanlardan müxtəlif yollarla istifadə etməyə başladılar.

Ən məşhur nümunələr: yuxarıda təsvir edilən rəqəmsal incəsənət bazarı və istifadəçilərə basketbol oyunlarının ən yaxşı epizodlarının NFT nişanlarını toplamağa və mübadilə etməyə imkan verən Dapper Labs-in NBA Top Shot kimi rəqəmsal obyektlərin kolleksiyaçıları üçün platformalardır: bu videolar “anlar” adlanır və faktiki olaraq rəqəmsal kolleksiya sayılır.

Lakin bu yaxınlarda daha bir ekosistem modeli ortaya çıxdı və bu, NFT məkanında yeni təşkilatların inkişafına səbəb oldu. Məsələn, Bored Ape Yacht Club (darıxan meymunun yaxt-klubu) – üzərində meymun şəkili olan NFT kolleksiyasının sahiblərinin klubudur. Layihə söhbət otaqları və qrafiti ilə başladı, nəticədə isə bahalı tematik məhsullara və böyük sosial tədbirlərə qədər yüksəldi. SupDucks (“syorf” edən ördəklər) və Gutter Cat Gang (küçə pişikləri dəstəsi) də həmçinin icmalar formalaşdırır.

İnsanlar çox vaxt bu icmalarda üzvlüyü şəxsi kimliyin bir hissəsi kimi qəbul edirlər, hətta sevimli NFT tokenini sosial şəbəkələrdə profil şəkili kimi qoyurlar. Hər bir NFT icmasının fərqi üzvləri və məqsədləri olur. Bu baxımdan NFT sahibləri bir-biri ilə ünsiyyət qurmaq imkanını əldə edirlər.

Eyni zamanda, bu icmaların bir çoxunda mülkiyyət qismən və ya tam kommersiya hüquqlarının ötürülməsini nəzərdə tutur. Bu o deməkdir ki, icma üzvləri öz NFT tokenləri əsasında digər mülkiyyət obyektləri yarada bilərlər. Məsələn, SupDucks-ın ayrı-ayrı üzvləri öc NFT-ləri əsasında digər personajlar yaratdılar və bundan küllü miqdarda gəlir əldə etdilər.

Bütün bu üstünlüklər NFT-nin dəyərini artırır. Bir neçə tanınmış brend bu yaxınlarda istifadəçilərə pərəstişkarlarının icmasını müəyyən etmək, gücləndirmək və genişləndirmək üçün öz NFT tokenlərini buraxdı. Məsələn, məşhur küçə geyimi brendi The Hundreds öz NFT layihəsini yaratdı və müştərilərinə məhsuldan əlavə NFT də paylamağa başladı.

Dünyada bir neçə restoran da masa rezervasiyası üçün NFT-lərdən istifadə edir. Bilet satışı sənayesində də inkişaf üçün yer var, çünki NFT şəklində biletlər verməklə, teatr və konsert zalları müştəriləri daha çox satış etməyə sövq edə bilərlər.

Soldan sağa: SupDuck #6484, Bored Ape #9976, və Gutter Cat #234;

Digər şirkətlər internetdə insanların şəxsiyyətini öyrənmək üçün NFT-lərdən istifadə edirlər. Məsələn, MIT bu yaxınlarda blokçeyn əsaslı rəqəmsal diplomlar buraxmağa başlayıb.

Bu biznesdə necə uğur qazanmaq olar?

Hər hansı digər biznes kimi, NFT layihəsi də bazarın real ehtiyaclarına cavab verməlidir. Bununla belə, NFT məkanında nəsə yaratmağa çalışan insanlar unikal problemlərlə üzləşirlər.

Bu müəssisələr NFT texnologiyasından istifadə etməyi bacarmalıdırlar. Təsadüfi deyil ki, ilk NFT layihələrinin bir çoxu rəqəmsal hüquqların idarə olunması əsasında yaradılıb, çünki bu, onların birbaşa tətbiq yoludur.

Bununla belə, bəzi hallarda NFT-nin istifadəsi məqsədəuyğun deyil – məsələn, fiziki obyektlərin toplanmasından (kolleksiyadan) söhbət gedirsə, çünki onda insanlar obyektlərin özlərini əldə etmək istəyirlər.

NFT tokenlər ətrafında istifadəçi icması yaradılmalıdır. Hər hansı bir yeni məhsulda ilk müştərilər çox əhəmiyyət kəsb edir, çünki onlar cəmiyyətdə bu məhsul haqqında fikir formalaşdırır. Lakin NFT-lərdə belə deyil, burada müştərilər daha vacib funksiyanı yerinə yetirirlər: NFT-lərə üstünlük verməklə, onlar sözün əsl mənasında bu tokenlərə məna aşılayırlar, onların ilkin dəyərini müəyyənləşdirirlər.

Aktiv icma olmadıqda, NFT layihələrinin uğuru şübhə altına düşür, çünki zaman keçdikcə istifadəçinin marağı düşə bilər. Əgər NFT layihəsinin yaradıcıları əvvəldən onun dəyərini müəyyən edə bilməsələr, çətin ki icma yaransın. Marağın olmaması NFT-ləri dəyərdən salan əsas amil ola bilər.

İcmanın marağını qoruyub saxlamaq üçün NFT layihənin komandası istifadəçiləri tokenin uğurlu olacağına inandırmalıdırlar. Bu baxımdan NFT-lər mövcud brendlərə və ya təşkilatlara “söykənə” bilərlər. Məsələn, NFT biletlər satan bir idman komandası və ya pop-sənətçi insanları inandırmaq üçün mövcud nüfuzundan istifadə edə bilər.

NFT layihələr sahəsində yeni istifadəçilər üçün əlçatan olan “mühit” lazımdır. NFT tokenlərin yaradıcıları kriptovalyuta sahibləri kimi bir sıra problemlərlə üzləşirlər. Hazırda kriptovalyuta texnologiyaları bir çox insan üçün çətin başa düşülür (əsas da söhbət mürəkkəb əməliyyatlardan gedirsə). Bununla əlaqədar olaraq, token yaradıcıları çox vaxt müştərilərə kömək etmək üçün əlavə menecerləri işə götürürlər.

NFT layihə kriptovalyuta bazarındakı dalğalanmalara tab gətirməlidir. Hər şeydən əvvəl, kriptovalyuta bazarı dəyişkəndir. Bu dalğalanmalar NFT-lərə olan tələbata kəskin şəkildə təsir edə bilər.

Perspektivlər

Hər bir yeni aktiv sinfində olduğu kimi, NFT-lərin də gələcəyi bəlli deyil. Bununla belə,  istifadəyə tokenlər bu layihələrdən nə gözləyə biləcəyimiz barədə bir fikir formalaşdırır.

NFT tokenlər insanlara yeni mülkiyyət formaları yaratmağa, onları istifadə verməyə imkan verir, həmçinin yeni bazarlar yaradır. Bu layihələr kriptovalyutaların dinamikasından istifadə etməklə uğur qazanır: tokenin dəyəri istifadəçilərin imzaladığı müqavilə ilə müəyyən edilir, bu o deməkdir ki, NFT tokenləri ətrafında qurulmuş icma sözün həqiqi mənasında bu NFT-lərin dəyərini təşkil edir.

Müəlliflər haqqında

Skott Dyuk KOminers (Scott Duke Kominers) – Harvard Biznes Məktəbinin sahibkarlığın idarə edilməsi Departamentinin dosenti, Harvard Universitetinin qqtisadiyyat Departamentinin əməkdaşı.

Stiv Kaçinksi (Steve Kaczynski) – NFT tokenlərin aktiv kolleksioneri.

Son xəbərlər
Digər xəbərlər