Nicat Babayev Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fevralın 14-də bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.