Son illər bir çox nəşrlər onların fikrincə uğur qazanmış insanların həyat prinsiplərini dərc edir və durmadan paylaşırlar. Bu prosesin mezanizmi aydındır – əgər həmin bu şəxs həyatda uğura nail olubsa onun buyurduğu prinsiplərə riayət etməklə biz də eyni uğura nail ola, zənginlik əldə edə bilə və xoşbəxt ola bilərik. Bəlkə bundan daha artıq, biz də öz şəxsi uğurumuza nail olduqdan sonra bizim də haqqımızda məqalələr dərc edərlər…
Təəssüflər olsun ki, bu metod heç də həmişə işə yaramır. Ona görə yox ki, bu qaydalar pisdir və yaxud biz piz şagirdik. Bu ona görədir ki, bu qaydalar yalnız bir insan üçün keçərlidir. Çünki bu qaydaları yaradan insan həmin qaydaları artıq real olaraq yaşayıb, onlara inanıb və belə desək sınaqdan keçirib. Buna görə də, həmin qaydaları kor-koranə şəkildə mənimsəmək və onlara riayət etməyin heç bir mənası yoxdur. Bu sizə sonda heç bir müsbət nəticəyə zəmanət vermir. Buna baxmayaraq, insanlar daim bu tip prinsipləri oxuyur və öz həyatında tətbiq etməyə çalışır. Bəlkə işə yaradı?
Məsələ ondadır ki, hər birimiz üçün xoşbəxtlik kriteriyaları kifayət qədər fərqlidir. Həyatda uğur qazanmış biznesmenlərin, yazıçıların uğur prinsiplərindən fərqli olaraq sözün əsl mənasında həyatda qalmaq üçün əsl mübarizə göstərmiş insanların həyat prinsipləri müəyyən mənada fərqlənir. Belə insanların həyat prinsipləri özlüyündə motivasiya yüklüdür və sadəcə onları ozumaqla belə insanlar rahatlıq əldə edə bilir. Belə insanlardan biri də, bir çoxlarımızın artıq çox yaxşı tanıdığı Nick Vujicic-dir.
Nick Vujicic-in prinsipləri həyatda xoşbəxtlik axtarışında olan insanlar üçün mükəmməl bələdçidir. Beləliklə, aşağıda həyatın çox ağır sınaqlarından keçmiş və hər şeyə rəğmən axtardığı xoşbəxtliyi tapmış bu şəxsin əsas həyat prinsiplərini təqdim edirik:
Həyatda əsas yolun axtarışı yaxın məsafəyə qaçış deyil, marafondur.
Ətrafındakı insanlara xidmət etmədən həyatın mənasını anlamaq mümkün deyil. Ödənilmiş cari hesablar hələ hər şey demək deyil.
Möcüzələr – ümidini itirməyən insanların qarşısına çıxar.
Ümid – arzunun başlanğıc götürdüyü nöqtədir.
Bu gün sahib olduğumuz problem sabah bizim üstünlüyümüzə çevriləcək.
Məğlubiyyət – yalnızca yeni cəhdlər etməyən şəxsləri gözləyir.
Sən yalnız deyilsən! Mən tənha deyiləm!
Özünü o dərəcədə sev ki, özünə lağ edə biləsən!
Əgər səni mənfi hislər və düşüncələrin əhatə etdiyini hiss edirsənsə, yadda saxla ki, sənin iki seçimin var: ya bu mənfiliyi his etməyə davam etmək, yaxud ətrafdakı hadisələrə fikir belə vermədən onu həyatından çıxarmaq.
Xeyirxahlıq və nur sənin daxilindədir. Onları kənarda axtarma – bu istilik səndən yaranır və səni əhatə edir.